Fransadakı aksiyalarda 800 min insan iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Fransadakı aksiyalarda 800 min insan iştirak edəcək

Dünya

05 Aprel 2023 22:59 682


Fransanın hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aprelin 6-da keçiriləcək 11-ci ümummilli etiraz aksiyalarında 600-800 min insanın iştirakını gözləyir.

Yenisabah.az xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen nümayişlərdə təhlükəsizliyin təmin olunmasına 11,5 min polis və jandarmın cəlb olunduğunu bildirib.

Qeyd edək ki, Fransada qalmaqallı pensiya islahatları layihəsi təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını və bəzi xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur. Bu, bütün ölkədə etirazlara və nümayişlərə səbəb olub. Martın 28-də keçirilən onuncu ümummilli etiraz aksiyalarında 750 minə yaxın insan iştirak edib./Axar.az Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!