Fransadakı erməni diasporu Paşinyanın tərəfinə keçdi?

saytların hazırlanması

Evə çatdırılma

Fransadakı erməni diasporu Paşinyanın tərəfinə keçdi?

Dünya

01 Mart 2021 13:47 632


Fransadakı erməni diasporunun liderlərindən biri olan Samson Özararat İrəvana gəlib.

Yenisabah.az xəbər verir ki, bu məlumatı “Mediaport” Teleqram kanalı yayıb.

Özararat İrəvandakı otellərdən birində Mənim Addımım Blokunun üzvü, parlamentin xarici siyasət komissiyasının sədr müavini Ovannes İgidyanla görüşüb.

Hökumətə yaxın kanallar Özararatın İrəvanda olması informasiyasını təkzib ediblər və bunun təxribat olduğunu bildiriblər. (Axar.az)

Qeyd edək ki, Samson Özararat əslən Türkiyədəndir. O, 1980-ci illərdə Türkiyəni tərk edib. Fransız qadınla evləndikdən sonra Fransa vətəndaşlığı alıb. Özararat Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində əsas lobbiçilik edən şəxs olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!