Türkiyəli aktrisa Afra Saraçoğlu Fransadan qayıdarkən İstanbul Hava Limanında saxlanılıb, daha sonra sərbəst buraxılıb.
“Yeni Sabah” xəbər verir ki, hava limanında saxlanılan aktrisa tibbi müayinədən keçirilməsi üçün Şişli Həmidiyə Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Saraçoğlu daha sonra Məhkəmə Tibbi Ekspertiza Müəssisəsinə və prokurorluğa aparılıb. Burada tələb olunan prosedurlar tamamlandıqdan sonra onun sərbəst buraxıldığı bildirilib. Marqarita pizza
Qeyd edək ki, bundan əvvəl Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolçu Hasan Şaşın da eyni araşdırma çərçivəsində saxlanıldığı açıqlanmışdı. Saraçoğlunun adı da siyahıda yer alsa da, həmin vaxt xaricdə olduğu qeyd edilmişdi.
Telegram kanalımız