Fransalı deputat rəsmi Parisin Qarabağa dair mövqeyini tənqid edib

saytların hazırlanması

Evə çatdırılma

Fransalı deputat rəsmi Parisin Qarabağa dair mövqeyini tənqid edib

Siyasət

19 Oktyabr 2020 13:51 954


“Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazü bötövlüyünün bərpasıdır“.

Yenisabah.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Jan-Lük Reitzer bildirib.

O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini deyib: "Çünki Azərbaycanın tələbləri beynəlxalq hüquq normalarına tam uyğundur. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın haqlı olduğunu göstərir. Ümid edirəm ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi həll ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək". Toyuqlu pizza

Jan-Lük Reitzer Fransanın ATƏT-in Minsk Qrupunun üzvü kimi zəif fəaliyyətinə görə təəssüfləndiyini vurğulayıb: “Mən fransalı deputat kimi istərdim ki, Fransanın öz üzərinə düşən rolu layiqincə oynaya bilsin və Dağlıq Qarabağ münaqişəsinin həllinə sülh yolu ilə nail olunsun. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazü bötüvlüyünün bərpa olunmasıdır". (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!