Qərb kəşfiyyat orqanları İrana qarşı hərbi əməliyyatlarda MDB ölkələri də daxil olmaqla, Suriyadan olan yaraqlılardan istifadə etmək niyyətindədir. Bu, MDB ölkələrinə qarşı terror təhlükəsinin artmasına səbəb olacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin (FTX - FSB) direktoru Aleksandr Bortnikov bildirib.
"Qərbin müdaxiləsi ilə yaranan böhranlar çox vaxt konkret dövlətlərin sərhədlərindən kənara çıxır. ABŞ, İsrail və İran arasında silahlı münaqişə bu gün belə bir ssenarinin yaranma riskini yaradır", - Bortnikov vurğulayıb. pizza mizza
Onun sözlərinə görə, Qərb kəşfiyyat orqanları Suriyadan olan terrorçu döyüşçüləri İranla müharibədə vasitəçi qüvvə kimi istifadə etmək cəhdlərini davam etdirirlər.
Bortnikov əlavə edib ki, bu yaraqlılar yalnız Yaxın Şərqdə deyil, həm də mənşə ölkələrində istifadə edilə bilər.
Telegram kanalımız