FTB soydaşımızın başına 75 min dollar mükafat qoydu

saytların hazırlanması

Evə çatdırılma

FTB soydaşımızın başına 75 min dollar mükafat qoydu

Kriminal

24 Sentyabr 2026 15:10 146


ABŞ Federal Təhqiqat Bürosu (FTB - FBI) Azərbaycan əsilli Ceyhun Aslanovun axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yayımlayıb.

“Yeni Sabah” xəbər verir ki, FTB onun tapılmasına kömək edəcək məlumat üçün 75 min ABŞ dolları məbləğində mükafat təyin edib.

C.Aslanov ABŞ-yə qarşı dələduzluq məqsədilə sui-qəsd, elektron və bank dələduzluğu üzrə sui-qəsd, eləcə də 6 ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamı və cinayətdə yardımçılıqda təqsirləndirilir. Pepperoni pizza

FBI-ın hesabatında bildirilir ki, Aslanov "Internet Research Agency" (IRA) təşkilatının ABŞ-yə yönəlmiş fəaliyyətində "Translator Project" layihəsinin rəhbəri olub. Onun sosial media əməliyyatları vasitəsilə çoxsaylı ABŞ vətəndaşına təsir göstərmək və ölkənin siyasi sisteminə, o cümlədən 2016-cı il prezident seçkilərinə müdaxilə etmək məqsədi daşıyan fəaliyyətlərdə iştirak etdiyi iddia olunur.

Bundan əlavə, Ceyhun Aslanov ABŞ maliyyə institutlarında saxta adlarla hesablar açmaqda, IRA əməliyyatlarını maliyyələşdirmək üçün vəsaitlərin ölkəyə daxil edilməsi və çıxarılmasını təşkil etməkdə, həmçinin amerikalıların şəxsi məlumatlarından istifadə edərək bank və "PayPal" hesabları açmaqda ittiham edilir.

16 fevral 2018-ci ildə ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi C.Aslanovun barəsində federal həbs qətimkan tədbiri seçib. FTB onu beynəlxalq səviyyədə gizlənmə riski yüksək olan şəxs ("international flight risk") kimi qiymətləndirir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!