Fuad Muradov AMEA ilə memorandum imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Fuad Muradov AMEA ilə memorandum imzaladı

Maraqlı

30 Yanvar 2019 00:36 1329


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalama mərasimi olub.

“Yeni Sabah” xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elm  yönümlü ölkədaxili və beynəlxalq tədbirlərin  təşkili, habelə müvafiq sahələr üzrə gənc alimlərin, ixtisaslaşmış gənc kadrların yetişdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Komitənin sədri Fuad Muradov isə dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diaspor təşkilatlarının fəaliyyətindən söz açıb. Komitənin diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsi istiqamətində perspektivlərindən danışıb. F. Muradov AMEA ilə komitə arasında birgə və koordinasiyalı fəaliyyətin zəruriliyini vurğulayaraq əməkdaşlığın bundan sonra daha sıx davam etdiriləcəyinə əminliyini bildirib.


Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb. Sənəddə diaspor sahəsinin inkişafına və müvafiq problemlərinin öyrənilməsinə elmi dəstəyin verilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sifarişinə müvafiq olaraq, “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənilməsi, xaricdə yaşayan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə tədbirlərin təşkili və s. məsələlər yer alır.  Sənədi akademik Akif Əlizadə və Fuad Muradov imzalayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!