İspaniya Kral Futbol Federasiyası (RFEF) mill komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
"Yeni Sabah" As-a istinadla xəbər verir ki, mütəxəssisin hazırkı sözləşməsi 2028-ci il Avropa çempionatının sonunda başa çatacaq.
RFEF onunla anlaşmanın müddətini 2030-cu ilədək uzatmaqda maraqlıdır. Tərəflər arasında danışıqların yaxın aylarda başlanacağı gözlənilir. Dominos pizza
Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi vəzifəsində Luis Enrikeni əvəz edib. İspanlar onun rəhbərliyi altında UEFA Millətlər Liqasının, AVRO-2024-ün və dünya çempionatının qalibi olub.
Telegram kanalımız