Futbolçumuz “Çelik”dən ayrılmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

Futbolçumuz “Çelik”dən ayrılmaq istəyir

İdman

24 Aprel 2020 14:25 820


"Daim rəhbərliklə və baş məşqçi ilə əlaqədə oluram. Hazırda o qədər qərarsızlıq var ki, klub rəhbərliyi də heç nə deyə bilmir. Bir az səbirli olmaq lazımdır. Hansısa qərar alınsa, bizə də məlumat veriləcək"

Yenisabah.az xəbər verir ki, bu sözləri Sportinfo.az saytına açıqlamasında Bosniya və Hersoqovinanın "Çelik" klubunun müdafiəçisi Yunuszadə deyib.

Azərbaycanlı futbolçu onu "Çelik"ə aparan Ümit Özatın Bosniyadan ayrılmaq istəməsi ilə bağlı açıqlamasında münasibət bildirib: "Ümit Özatın açıqlamasını oxumuşam. Onun işçi vizası ilə bağlı problemi hələ də qalır. Dördpendirli pizza

Mənim özüm vizanı çox gec aldım. İşçi vizası düzəlsə, bildiyim qədəri ilə çempionatın axırına kimi komandada qalacaq. Əslində hər şey qaydasında olsaydı belə yaya kimi qalmaq fikri vardı. Düzdür, məni ora Ümit Özat aparıb. Amma bu futboldur, hər vəziyyətlə razılaşmaq lazımdır".

Yunuszadə özünün gələcək karyerası ilə bağlı isə hələ də tərəddüt içindədir: "Mənim özümün də müqaviləm yayda başa çatır. Heç özüm də bilmirəm necə olacaq.

Düzü, "Çelik"də çox qalmaq istəmirəm. Daha yaxşı çempionatlara getmək istəyirəm. Fikrim yaya kimi orda oynayıb ondan sonra başqa yerə getmək idi, sadəcə koronavirus söhbətləri çıxdı ortaya.

Ona görə belə qarışıq vəziyyət yarandı. Yayda yəqin ki, qərar verməyə vaxtım olacaq. İndi karyera ilə bağlı konkret nəsə demək olmur. Bir az səbirli olub, gözləmək lazımdır".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!