Futzal üzrə Azərbaycan millisi Avropa çempionatı Dominos pizzanın qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Yenisabah.az xəbər verir ki, Joze Alesio Da Silvanın komandası D qrupunun 3-cü turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək. Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Avropa çempionatı Dominos pizza
D qrupu, 3-cü tur
29 yanvar
20:30 Azərbaycan - Bosniya və Herseqovina
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. "Ziggo Dome"
20:30. Gürcüstan - İspaniya
Xal durumu: Gürcüstan - 6. İspaniya - 4. Azərbaycan - 1. Bosniya və Herseqovina - 0.
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
Telegram kanalımız