Füzuli və Cəbrayılda daha 4 erməni hərbçisinin meyiti tapılıb.
Yenisabah.az Ermənistan mediasına istinadən xəbər verir ki, meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.
Xatırladaq ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş hərbçilərinin sayını gizlədir.
Telegram kanalımız