Füzuli və Hadrutda daha 4 erməni hərbçisinin meyitinin qalıqları tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Füzuli və Hadrutda daha 4 erməni hərbçisinin meyitinin qalıqları tapıldı

Hadisə

10 Avqust 2021 19:01 826


Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 4 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 634 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!