Füzulidə minaya düşən gənc: Sağlıq durumu yaxşıdır

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə minaya düşən gənc: Sağlıq durumu yaxşıdır

Sosial

24 Mart 2022 11:45 501


Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində ötən gün minaya düşən Vüqar Zülfüqarlının son durumu açıqlanıb.

Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində o, sol pəncəsindən qəlpə yarası alıb və fəqərəsi sınıb.

V .Zülfüqarlı əvvəlcə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib. Daha sonra Bakıdakı Klinik Tibbi Mərkəzə təxliyə olunub və Travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda yaralının sağlıq durumu yaxşıdır. Dominos pizza

Xatırladaq ki, martın 23-də Füzuli rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı "77-CB-134" dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!