Tamaşaçılara “Diriliş Ertuğrul” və “Payitaht Abdülhamid seriallarından tanış olan aktyor Alper Atak dünyanın ən çox izlənilən serialı “Game of Thrones”un film versiyasında rol alacaq.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, aktyor təklif gələn kimi ABŞ-a gedib və filmin işçi heyəti ilə görüşüb.
O, filmdə hansı obrazı canlandıracağını açıqlaya bilməyəcəyini deyib:
“Filmdə mənimlə birgə işləyəcəklərini bildirdilər, çəkiliş üçün xəbərlərini gözləyirəm. Oynayacağım rolu müqaviləyə əsasən açıqlaya bilmərəm”.
Alper Atak ötən il San-Fransisko Dövlət Universitetinin teatr fakültəsində 6 ay dərs aldığını xatrıladıb. Onun sözlərinə görə, “Game of Thrones” filminin heyəti onunla San-Fransiskodakı müəllimlərindən birinin vasitəsilə əlaqə saxlaya bilib.
Telegram kanalımız