Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə 7 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Sosial

11 Mart 2024 09:15 372


Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub. 

Yenisabah.az-ın məlumatına görə, onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur. pizza sifarişi

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!