Gələcək səfir: “Erməni məhəlləsində böyümüşəm“

saytların hazırlanması

Evə çatdırılma

Gələcək səfir: “Erməni məhəlləsində böyümüşəm“

Rəsmi

01 Dekabr 2022 15:16 1020


"Ermənistan-Azərbaycan münaqişəsinin həlli həm Ermənistan, həm də bütövlükdə bütün Cənubi Qafqaz üçün dinc gələcəyə yönəlmiş zərurətdir".

Yenisabah.az xəbər verir ki, bunu noyabrın 30-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə prezident Co Bayden tərəfindən irəli sürülən namizəd Kristina Kvinn bildirib.

Təsdiq dinləmələri zamanı diplomat, xüsusən də ABŞ-ın davamlı sülh yolu ilə həllinə nail olmaqda hər iki tərəfə dəstəyini davam etdirəcəyinə inandırıb.

Təsdiq olunarsa, Kvinn keçmiş sovet respublikasında Birləşmiş Ştatların maraqlarını inkişaf etdirmək və Ermənistanın demokratiyasını, təhlükəsizliyini və iqtisadiyyatını gücləndirmək üçün yuxarıda adı çəkilən komitə, eləcə də Konqresin bütün üzvləri ilə sıx əməkdaşlıq edəcəyinə söz verib. 

Namizəd çıxışında erməni diasporunun ən böyük icmalarından birinin məskunlaşdığı Kaliforniya ştatının Fresno şəhərində böyüdüyünü qeyd edib. 

Kvinn, həmçinin bəyan edib ki, o, təsdiq olunarsa, erməni soyqırımının qurbanlarını daim xatırlatmaq və Ermənistanın sülhsevər gələcəyini dəstəkləmək üçün əlindən gələni etmək əzmində olacaq:

“Bu məqsədlə mən artıq bir neçə addım atmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı müzakirələrin davam etdirilməsinə töhfə vermək üçün əlimdən gələni edəcəyəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!