NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə mayın 10-da Brüsseldə iclas keçirəcək.
Yenisabah.az “Euronews”a istinadla xəbər verir ki, komitənin iclasında alyans ölkələrinin silahlı qüvvələrinin baş qərargah rəisləri Ukraynadakı müharibəni və Kiyevə göstərilən yardımı müzakirə edəcəklər.
NATO-nun baş katibi Yens Stoltenberq alyansın əsas prioritetlərinin və çağırışlarının müzakirə olunacağı ilk sessiyada iştirak edəcək. pizza mizza
İkinci sessiyada isə Baş Qərargah rəisləri Rusiyanın müharibəsini, eləcə də Ukraynaya qarşı təcavüzü, Ukraynadakı vəziyyəti və NATO müttəfiqlərinin Kiyevə davamlı dəstəyini müzakirə edəcəklər.
Telegram kanalımız