“Gəlinlik geymək xatirinə ərə gedir, məcbur ailə qurur”

saytların hazırlanması

Evə çatdırılma

“Gəlinlik geymək xatirinə ərə gedir, məcbur ailə qurur”

Sosial

09 Oktyabr 2023 17:29 795


Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Buna baxmayaraq, boşanma günümüzün ən ağrılı-acılı problemlərindən biridir. 

Son illər boşanmaların sayı günü-gündən artır. Bu sıraya xüsusən məşhurların liderlik etməsi də diqqətdın qaçmır. Bu gün də mətbuatda aktyor Müşviq Şahverdiyev və həyat yoldaşının boşanması xəbəri manşetləri “bəzədi”. 

Bir çox halda boşanmalara səbəb kimi maddi problemlər göstərilir. Bəs maddi vəziyyəti digərlərindən qat-qat yaxşı olan məşhur simaların ailə həyatına son qoyması nə ilə bağlıdır?  Toyuqlu pizza

Məsələ ilə bağlı Yenisabah.az-a psixoloq Aytən Ələkbərova danışıb. O, maddi problemlərin heç də boşanmaya səbəb olmadığını, bunun bəhanələrdən biri olduğunu deyib: 

“Son illər boşanmaların artmasına bir çox arqument gətirilir. Bu problemə ilk səbəb insanların bir-birini tanımaması və özünü qəbul etməməsidir. Bu zaman həmin şəxs qarşısındakını da olduğu kimi qəbul  etmir. Belə olan halda, cütlük aralarında ünsiyyət qura bilmir və münasibəti davam etdirməyi bacarmırlar. O ki qaldı maddi vəziyyətin ailənin dağılmasına səbəb olmasına, bununla tam razılaşmaq olmaz. Gözütox insanlar heç vaxt bunu dilə gətirmirlər. O qədər kasıb ailələrimiz var ki, həmin ailədə hətta 5-10 uşaq yetişdirilib və bu gün onlar cəmiyyətdə öz sözünü demiş övladlardır. Bu sadəcə boşanmaq üçün bir bəhanədir. Bəhanə edən şəxslər isə ailəni elə əvvəldən ailə kimi görməyiblər. Onlar gəlinlik geymək xatirinə ərə gedir, məcbur ailə qurur, yaxud valideynlərinin sözünə görə evlənir. Bu düşüncə ilə ailə qurmaq doğru deyil. Belə ailələrin bünövrəsi olmadığına görə, sonda boşanmaya gətirib çıxarır. Bəzi məqamlarda sosial, maddi problemləri əsas gətirərək, bu bəhanələrdən istifadə edən insanlar sadəcə boşanmağa təkan verirlər”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!