Gəliriniz azdırsa, bu fürsətdən yararlana bilməyəcəksiniz? -   Bu qayda...

saytların hazırlanması

Evə çatdırılma

Gəliriniz azdırsa, bu fürsətdən yararlana bilməyəcəksiniz? - Bu qayda...

İqtisadiyyat

15 Oktyabr 2026 15:59 202


Telekommunikasiya avadanlıqlarının servisi ilə məşğul olan və xidmətlərini yerli şirkətlərə göstərən fərdi sahibkarlar 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər.

Bu barədə “Yeni Sabah”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə, yəni əhaliyə xidmət göstərilməsi istisna olmaqla, digər şəxslərə xidmət göstərən sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunvericilikdə müəyyən edilmiş istisnalar isə bu qaydadan kənardır. Marqarita pizza

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, sahibkar həm əhaliyə, həm də hüquqi şəxslərə və vergi ödəyicisi kimi uçotda olan fiziki şəxslərə xidmət göstərirsə, müəyyən şərtlər daxilində sadələşdirilmiş vergi ödəyicisi ola bilər. Bunun üçün rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli əməliyyatların həcmi ümumi əməliyyatların 30 faizindən çox olmamalıdır.

Dövlət Vergi Xidmətindən sorğuya cavab olaraq qeyd edilib ki, fərdi sahibkarın gəlirləri yalnız digər vergi ödəyiciləri tərəfindən ödənilirsə və o, xidmətlərini başqa vergi ödəyicilərinə göstərirsə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Bu halda sahibkar gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!