Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gənc aktirasının ölüm xəbəri yayılıb - Reyhanə haradadır?
25 Okt 2021 17:37
1580

Gənc aktirasının ölüm xəbəri yayılıb - Reyhanə haradadır?

Sosial şəbəkədə gənc iranlı aktrisa Reyhanə Parsanın ölüm xəbəri yayılıb.

Yenisabah.az "Rokna"ya istinadla xəbər verir ki, bu gün səhərdən kiberməkanda paylaşılan məlumat hələlik rəsmən təsdiqlənməyib.

Reyhanə Parsanın Türkiyədə öldürülməsi iddiasını bu ölkənin hüquq-mühafizə orqanları da cavabsız qoyub.

Eyni zamanda, bəzi qeyri-rəsmi mənbələr onun intihar etməsi və ya ifrat dozda narkotik qəbul etməsi barədə məlumatı yaymaqda ara vermirlər.

Ölümü və ya qətli nə təsdiq, nə də təkzib olunan Reyhanə Parsa son İnstaqram paylaşımında görməli olduğu işlərinin siyahısını dərc edib. Bu hekayət spekulyasiyalara səbəb olub.

Bəzi sosial şəbəkə istifadəçiləri aktrisanın dünən gecə "Instagram" hesabını yarımçıq tərk etdiyini və o vaxtdan Parsadan xəbər alınmadığını iddia ediblər.

Ancaq nə Reyhanə Parsanın dostları, nə də Türkiyə mediası onun ölümü ilə bağlı heç bir xəbər paylaşmayıb. Əksinə, bəziləri aktrisanın bu gün "WhatsApp"-a yeni status yüklədiyini söyləyərək onun ölümü ilə bağlı şayiələri şübhə altına alıblar.

33 yaşlı sənətçi kinokaryerasına 3 il əvvəl başlayıb

Son rolundan sonra o, İrandan mühacirət edib, birmənalı olmayan foto və videoları ilə tez-tez gündəmə gəlib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər