Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
13 Yan 2021 17:29
707

Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı - Fotolar

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb. Onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.

Yenisabah.az xəbər verir ki, gənc dizayner hazırladığı avtomobil layihəsinin “Zəfər” adlandığını söyləyib.

Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub.

“Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə “Zəfər” avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam”, - deyə gənc dizayner bildirib.

Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər. Bunun üçün investisiya lazımdır. O, bu layihəni işləməklə avtomobil istehsalı ilə məşğul olan şirkətlərin, investorların diqqətini çəkmək istəyir.

İyirmi səkkiz yaşı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır. (Azərtac)

Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
Gənc dizayner “Zəfər” avtomobilin dizaynını hazırladı -  Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər