Gəncədə minik maşını çörək sexinə çırpıldı - Foto

Gəncədə minik maşını çörək sexinə çırpıldı - Foto

Hadisə

08 Dekabr 2022 21:40 376


Gəncədə yol qəzası olub.

Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə daha sonra çörək bişirmə sexinə çırpılıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, minik maşınına və çörək sexinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!