Gəncədə şagirdləri zəhərləyən NƏDİR? -   Baş Prokurorluqdan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə şagirdləri zəhərləyən NƏDİR? - Baş Prokurorluqdan AÇIQLAMA

Kriminal

01 Oktyabr 2026 16:39 206


Gəncədə orta məktəblərdən birində 5 şagirdin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, oktyabrın 1-də Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərdən birində baş verən hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.

Zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə zəruri nümunələr götürülüb və müvafiq ekspertizalar təyin edilib. Araşdırma çərçivəsində əhəmiyyət kəsb edən digər prosessual hərəkətlər də həyata keçirilib. Marqarita pizza

Məlumata görə, xəstəxanaya müraciət edən 5 şagirdə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Onların hazırkı səhhəti normaldır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!