Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Kriminal

11 Avqust 2026 20:06 57


Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.

Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları "Günəş" restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar. Pepperoni pizza

Nəticədə həmin gün "Günəş" restoranında doğum günü qeyd edilən 24 yaşlı şəxs, həmçinin onunla birgə məclisə gələn 26, 23, 31, 21 və ikisi 28 yaşlı olan dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən "Günəş" restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb. (Lent.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!