Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi

Kriminal

27 Noyabr 2026 16:21 57


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, bugünkü prosesdə şahidlərin dindirilməsi başa çatıb.

Məhkəmədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu prosesdə Əli Kərimli ilə bağlı sualları cavablandırıb. Online alış-veriş

Ondan sonra isə son olaraq Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva hakim qarşısında dindirilib.

Bununla da bütün şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqi başlayacaq.

Ə.Kərimli və Məmməd İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhllükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər. Ramiz Mehdiyevə isə artıq hökm oxunub. O, 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, yaşı və xəstəliyi ilə bağlı cəzası şərti hesab olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!