4 İyul - 04:54
Gəncədəki partlayış qaz sızması nəticəsində baş verib? - “Azəriqaz“dan açıqlama

Gəncədəki partlayış qaz sızması nəticəsində baş verib? - “Azəriqaz“dan açıqlama

Hadisə

26 May 2022 12:19 485


"Azəriqaz" İstehsalat Birliyi (İB) Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı məlumat yayıb. 

Qurumun mətbuat katibi Eldəniz Vəliyev Yenisabah.az-a bildirib ki, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda məlumatlar dolaşır.

E.Vəliyev deyib ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur:

"Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram. Ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər. Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun".

O, "Azəriqaz" kollektivi adından partlayışda həlak olan mərhumun yaxınlarına başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!