“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək.
Yenisabah.az xəbər verir ki, bu, sabah. “Qarabağ” klubunun UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədardır.
Stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək. Toyuqlu pizza
“Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Telegram kanalımız