“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

Sosial

01 Fevral 2019 21:12 837


Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, festival Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşıb.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev hər il ənənəvi olaraq keçirilən festivalın əhəmiyyətindən danışıb.  Dominos pizza

Nazir qeyd edib ki, son bir neçə ildir öz innovativ yanaşmaları ilə seçilən, mədəniyyət sahəsində çalışan gənclərin “ASAN Xidmət”lə fəal əməkdaşlığını təmin edirik. Məhz bunun nəticəsində artıq 3 ildir ki, “ASAN Xidmət”lə birgə “Gəncliyin səsi” festivalını reallaşdırırıq”.

Əbülfəs Qarayev “Gəncliyin səsi” festivalının gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını bildirib. Qeyd edib ki, fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişlərinin keçirilməsi nəzərdə tutulur.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bugünki tədbir ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin daha bir təcəssümüdür. 

Vurğulayıb ki, festivalın paytaxtla yanaşı, Sumqayıt şəhərində, Abşeron, Quba, İmişli və Masallı rayonlarında keçirilməsi nəzərdə tutulub.

Daha sonra 2018-ci ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!