General Muradovun göstərişi icra olunmadı – Gərginlik

saytların hazırlanması

Evə çatdırılma

General Muradovun göstərişi icra olunmadı – Gərginlik

Rəsmi

08 May 2021 08:22 3238


Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin büstünün götürülməsi cəhdi baş tutmayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər büstün götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov büstün mayın 9-u Qələbə Gününə qədər götürülməsini tələb edir. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı Azərbaycan da tələb edir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!