“Gərək o vaxt xəstəxanada EKMO cihazının naqillərini dartıb çıxaraydım...”

saytların hazırlanması

Evə çatdırılma

“Gərək o vaxt xəstəxanada EKMO cihazının naqillərini dartıb çıxaraydım...”

Şou

22 İyul 2022 14:47 51132


Azərbaycanda son aylarda qadın qətlləri sürətlə artmaqda davam edir. Cinayətlərin əksəriyyəti demək olar ki, şəxsi münasibətlər, qısqanclıq və mübahisə zəminində törədilib. 

Məsələn, təkcə ötən gün bir sutka ərzində üç qadın qətlə yetirilib.

Bəs qadınlara qarşı zorakılığın, qadın qətllərinin sayının artmasının səbəbi nədir? Bunun üçün hansı qabaqlayıcı tədbirlər görmək olar? Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə qeyd edib ki, bu cür zorakılıq halları allahsızlıqdan irəli gəlir:

“Lev Tolstoy deyirdi ki, əgər insanın daxilində Allah yoxdursa, deməli, hər şeyə icazə verilib. İnanın mənə, hər şey allahsızlıqdan irəli gəlir. Əgər insanlar Allaha  inansaydılar, bu cür hallar baş verməzdi,  söhbət ibadətdən yox, inanmaqdan gedir. İnsanlar Quranın 114 surəsinin heç olmasa, yarısını bilsəydilər, Məşədi İbad demiş, “Tarixi-Nadiri yarıya qədər oxusaydılar” bilərdilər ki, qadına əl qaldırmaq, qəzəblənib başqasının canına qıymaq günahdır. Mən dəfələrdə müraciət etmişəm ki, məktəblərdə heç olmasa, ayda iki-üç dəfə Qurani-Kərimi keçsinlər, insanlar bilsinlər ki, nəyi etmək olar, nəyi yox”.

Sənətçi bildirib ki, son vaxtlar qadın qətlləri ilə yanaşı intiharlar da artmağa davam edir:

“Qadın qətlləri ilə bərabər intiharlar da artıb. İnsanlar öz canlarına qıyırlar. Bu da Allahın qanunlarını bilməməkdən irəli gəlir. İnsanlar bilməlidir ki, öz canına qıymaq ən böyük günahlardan biridir. Demirəm ki, məscidlərdə dini dərslər keçirilsin, heç olmasa bu, məktəblərdə tədris olunsun. Bütün problemlər burada başlayır.

Məktəblərdə dini tədris dini fanatikliyə gətirib çıxarmayacaq. İnanın mənə, biz buna hazır deyilik, bu mümkün də deyil. Mən demirəm ki, ancaq din keçilsin, deyirəm ki. əxlaqdan dərslər keçirilsin. Necə ki, Sovet vaxtı bizə bunu keçirdilər, indi də keçilməlidir. Baş verən mənfi halların hamısı tərbiyəsizlikdən irəli gəlir. İnsanlarla işləmək lazımdır, özü də uşaq yaşlarından, hətta ana bətnində olarkən! Anaya hamilə vaxtı gözəlı sözlər demək lazımdır ki, uşaq da bətnində bunları eşitsin və anadan olub, püxtələşəndə mədəni şəxsiyyətə, düzgün vətəndaşa çevrilə bilsin. İnsanı 1-2 günə düzəltmək olmaz, uşaqlıqdan tərbiyə etmək lazımdır”.

B.Bağırzadə insanları səbrli və mübariz olmağa səsləyib:

“İnsanlar səbrsiz olublar. Bəli, bu gün problemlər çoxdur, insanlar aqressivdirlər, amma başa düşəndə ki, bu çətinliklər müvəqqətidir onda öhdəsindən gəlmək olur. Mənim də problemlərim olur, mən də sizin kimi Allah bəndəsiyəm, amma mən heç vaxt düşünmürəm ki, kimisə vurub öldürüm, yaxud özümü asım, balkondan atım. Bu hamısı imandan irəli gəlir. 2 il bundan əvvəl mən ən böyük problemlə qarşılaşdım, amma səbr etdim. Onda gərək mən də xəstəxanada EKMO cihazının naqillərini dartıb çıxaraydım, ya sistemləri atardım ki, sağ olun, mən getdim?! İnsan gərək mübarizə aparsın. Heç vaxt təslim olmayın, emosiyalara qapılmaq olmaz”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!