“Gərək qəbrimi qazıb uzanam içinə“ - Aktrisa

saytların hazırlanması

Evə çatdırılma

“Gərək qəbrimi qazıb uzanam içinə“ - Aktrisa

Şou

24 İyul 2023 21:19 1003


"Deyirlər bəzən ki, ailə məsələləri ilə gündəmə gəlirsən. Məni ailə məsələmlə gündəmdən salmağa çalışdılar. Çünki seriallardakı rollarım uğurlu alınmışdı, tanınmışdım, sevilmişdim".

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri ailəsi ilə küsülü olan aktrisa Sonaxanım Əliyeva deyib.

Aktrisa qeyd edib: "Pərvanələrin rəqsi"ndə məşhurlaşdım. "Vicdan haqqı"ndakı obrazım isə partlayış oldu. Uğurlarımı həzm edə bilmədilər. Yəqin axır zamandır. Doğmalar mal-mülk üstündə bir-birlərindən ayrı düşürlər, mərhəmət etmirlər.  Dominos pizza

Allah ağlımı almaqdansa, canımı alsın. Özümə bir bunu arzu edirəm. Məni çox incitdilər. Amma unutmuşam gedib. İrəli baxmalıyam. Arxaya baxaraq qabağa getmək olmaz. Güclü olmalıyam. İşimlə-gücümlə irəli getməliyəm, balamın xoşbəxtliyi naminə. Yoxsa, gərək qəbrimi qazıb uzanam içinə".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!