Bəzən insanlar kiməsə ikinci şansı verməkdə çətinlik çəkirlər. Hər kəsin ikinci şansa layiq olduğu anlayışı ümumi olsa da, bəzi insanların birinci şansa belə haqqı çatmır. Bəzi bürclərdən olan insanlar ikinci şans istəsələr belə, nəticə məyusedici olur.
Yenisabah.az ikinci şansa layiq olmayan bürcləri təqdim edir:
ƏKİZLƏR Marqarita pizza
Atalar sözündə də deyildiyi kimi, 40 il kürəyində gəzdirirsən, bir gün qoyursan, "40 il gəzdirdin" demirlər, "məni yerdə qoydun" deyirlər. Aylarla, günlərlə, həftələrlə onlara qayğı göstərsəniz və bir gün qayğısız qoyub getsəniz belə, onlar sizin maraq göstərmədiyinizi üzünüzə vuracaq və uzun müddət bunun üçün mübahisə aparacaqsınız.
Güvənsizliyə gəldikdə isə əkizlər sizdən ən kiçik şübhəsi varsa, dərhal sizdən uzaqlaşacaq və onu aldatdığınızı hətta bir daha onunla olmaq istəmədiyinizi söyləyəcək. Ona qarşı daş olsa, çatlayar dedirdəcək səviyyədə səbr göstərməyin olduqca çətin olduğu əkizlər nankorluq baxımından siyahının başında gəlirlər.
QIZ
"Qızlar" çox yüksək standartlara malikdir və ətrafdakılardan da eyni münasibəti gözləyirlər. Onlar standartlarına uyğun olmayan şəxsləri nəinki həyatından kənarda qoyur, hətta həyatında heç olmamış kimi davranırlar. Qızlar yaxşılıqlar bir yana, pis xatirələri belə yaddaşlarında saxlamırlar. Yəni onlar yalnız özlərini və gələcəklərini düşünürlər.
BALIQ
Balıqlar son dərəcə emosionaldırlar və onları incitsəniz sizi heç vaxt bağışlamazlar. Böyük sevgi hiss etsə belə, incindikdən sonra bütün hisslərini bir kənara qoyub yalnız küsməsinə diqqət yetirir. Bundan sonra etdiklərinizin və onda olan xatirələrinizin artıq heç bir mənası yoxdur.
Nəzrin Musayeva
Telegram kanalımız