Gömrük Komitəsində işə düzəlmək:   “Bunun üçün yaxşı oxumaq vacib deyil”

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsində işə düzəlmək: “Bunun üçün yaxşı oxumaq vacib deyil”

Sosial

08 Yanvar 2022 17:32 15506


Ötən gün Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinatlar baş tutub. DGK sədri Səfər Mehdiyevin əmriylə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev vəzifəsindən azad edilib. Həmin posta Mehman Sadıqov təyin olunub. B. Quliyev isə DGK-nın Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi təyin olunub.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov da vəzifəsindən azad olunaraq, DGK-da idarə rəisi vəzifəsinə təyin olunub. Bakı Baş Gömrük İdarəsinə isə Pərviz Kəngərli rəis təyin olunub.

DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinə isə indiyə qədər Sumqayıt Baş Gömrük İdarəsinin rəisi olmuş Vəzir Həsənov təyin olunub. pizza hut

Bundan başqa, DGK-nın ərazi baş idarələrinin rəislərinin yerləri dəyişdirilib, onların bəziləri isə DGK-nın mərkəzi aparatında müxtəlif vəzifələrə təyin olunublar.

Qeyd edək ki, yeni vəzifəyə təyinat alan şəxslər adları Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ramiz Mehdiyev, Bəylər Əyyubov və Əhməd Əhmədzadənin qardaşı oğlanlarıdır. 

Sosial şəbəkələrin Azərbaycan seqmentində bu təyinatlar bir mənalı qarşılanmayıb. İnsanların çoxu kadr siyasətində yerlibazlıq, eynilik, eləcə də qohum və tanışlıq məsələlərinin bu təyinatlarda xüsusi yer tutduğunu bildiriblər.

Azərbaycanda məmurların yaxınlarından başqa niyə kimsə vəzifəyə təyin edilmir?

 Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, bunun səbəbi çox sadədir:

“Çox təəssüf ki, indiki idarəetmə sistemi qaldıqca bu cür təyinatlar sonuncu da olmayacaq. Vacib dövlət, hökumət vəzifələrinə ancaq yaxın çevrənin insanlarını, yəni qohumları, tanışları, kimlərinsə tapşırdığı insanların qəbul olunması geniş yayılmış bir praktikadır. O cümlədən DGK-da. Gömrükdə yüksək vəzifə tutan insanların bir çoxu ya qohumdur, ya da eyni bölgədən, kənddən çıxmış insanlardır. Bu da Azərbaycanda hamı tərəfindən bilinən bir faktdır”.

Ekspertin sözlərinə görə, bu kimi hallar dövlət qulluğuna can atan gənclərin həvəsdən düşməsinə səbəb olur:

“Ən böyük problem budur, çünki Azərbaycanda bilik və bacarıq bazarı bu şəkildə məhdudlaşdırılır. Vətəndaşlar, hansılar ki, qohum-tanışı yoxdursa, onlar düşünürlər ki, karyera qurmaq üçün yaxşı oxumağın heç bir mənası yoxdur. Yaxşı oxumaq, yaxşı mütəxəssis olmaq, yaxşı karyera qurmaq üçün kifayət deyil. Gərək kiminsə qohumu, dostu, tanışı olasan. Yəni bu fikir beyinlərdə oturuşub deyə, Azərbaycanda bilik və əmək bazarı inkişaf etmir. Bu da çox böyük fəsadlara gətirib çıxardır”, - deyə mütəxəssis yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nuru
    Salam, Men ceferov Nuru Vaqid oglu .1987 ci ilde anadan olmusam 1994ci olde sadet sukurov adina orta mekdefe getmisem 2005 ci ilde 11 ci sinifi bitirmisem 2005 ci ilde herbi xidmete Yolanmisam Agdamda muhendis istekamci boluyunde santar vezifesinde (kicil cavus )olmusam .2007 ci ilde xidmetmi basa vurmusam texris olmusam 2014 ci ildese mutdetden artiq herbi xidmete baslamisam Hava hucumdan mudafiye batalonuda manqa kamadiri bas aperator vezifesinde (cavus)rutpesinde xidemet etmisem 3 il . Menevi ve pisxoloji , fexri fermanla tertib olunmusam. 2017 ci ilde muqavlem bitdiyne gore A bendinle texris olunmusam. Surucu islemisem BC katqorya surucluk vesiqem var idmandan serbes gulesden 2 ci derecem var .
    4 years ago
  • Emin
    Salam mən fövqaladə hallar nazirliyində xidmət eləmişəm kiçik çavuş rütbəsində
    4 years ago
  • Babək Yusifov
    Salam.Mən Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsini bitirmişəm.2020 ci ildə başlanan vətən müharibəsinə könüllü yollanmışam.Cənab prezidentin sərəncamı ilə Cəbrayıl,Qubadlı,Laçın və Hərbi xidmetlere görə medalına laiq görülmüşəm.Xaiş edirəm mənə iş tapmaqda köməklik göstererdiniz.Öncədən təşəkkürlər.
    4 years ago