Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsi xidməti nəqliyyat vasitələrinin satın alınması ilə bağlı işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, qurum “Crossover/SUV” və pikap tipli xidməti nəqliyyat vasitələrinin satın alınması ilə bağlı “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Müqavilənin ümumi maliyyə dəyəri 236 min 236 manat təşkil edir.
Qeyd edək ki, bir neçə il əvvəl “AZ-TEX-IMPORT” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə (mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilməməsi) təqsirləndirilib. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız