Gömrükdə vəzifəli şəxslərə kompensasiya və müavinət verilməsi qaydası hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə vəzifəli şəxslərə kompensasiya və müavinət verilməsi qaydası hazırlanacaq

Rəsmi

04 Avqust 2026 13:42 83


Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası hazırlanacaq.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!