Google yaşayış məntəqələrinin erməni dilindəki adlarını sildi

saytların hazırlanması

Evə çatdırılma

Google yaşayış məntəqələrinin erməni dilindəki adlarını sildi

Rəsmi

29 Sentyabr 2023 12:23 497


Google internet resursu Azərbaycan xəritəsini redaktə edərək, Qarabağ İqtisadi Rayonunun ərazisindəki bütün erməni adlarını silib.

Buna qədər Google iki adı: erməni (Stepanakert, Martuni, Mardakert...) və Azərbaycan (Xankəndi, Xocavənd, Ağdərə) variantlarını birlikdə göstərirdi. Azərbaycanlı istifadəçilərin və ictimai təşkilatların çoxsaylı etirazlarına baxmayaraq, Google-da yaşayış məntəqələrinin ikili adları qalırdı. İndi toponimlər Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, yalnız Azərbaycan variantında verilib.

Əlavə edək ki, Azərbaycan ordusunun həyata keçirdiyi antiterror əməliyyatı (19-20 sentyabr 2023-cü il) nəticəsində 28 sentyabr 2023-cü il tarixində Qarabağda separatçı rejim buraxıldığını elan edib. Erməni əhali bölgəni tərk edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!