Goranboyda direktorun müəllimi döyməsi işi - Yeni xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda direktorun müəllimi döyməsi işi - Yeni xəbər var

Sosial

26 Sentyabr 2022 12:18 942


Goranboy rayonu Kələk kənd tam orta məktəbin direktoru Cahangir Əlabbasovun məktəbin ibtidai sinif müəlliməsi Fatma Musayevanı döyməsi ilə bağlı polis şöbəsinə daxil olan müraciət araşdırılmaq üçün prokurorluğa göndərilib.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov danışıb.

O qeyd edib ki, məsələ ilə bağlı iş Goranboy rayon Prokurorluğuna verilib. Hazırda faktla bağlı araşdırmalar prokurorluqda davam etdirilir. pizza sifarişi

Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Goranboy rayonunun Kələk kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Fatma Musayeva rayon polis şöbəsinə müraciət edərək məktəbin direktoru Cahangir Əlabbasov tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!