Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda TOYDA DAVA: 12 yaşlı qıza sataşdı, qardaşını döydü

Kriminal

08 May 2026 23:32 109


Goranboyda toyda dava olub.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq evlərindən birində baş verib.

İttiham aktına görə, 30 yaşlı Daşqın Qəzənfərov (ad və soyad şərtidir) bibisi oğlunun toyunda sərxoş halda çölə çıxıb. Bu zaman toya gələn 12 yaşlı Fidanı (şərti adla) görüb ona yaxınlaşaraq,tanış olmaq və münasibət qurmalarını istəyib. Yeniyetmə qız da Daşqının bu hərəkətini qardaşına bildirib. Qardaşı isə Daşqının yanına gələrək onun sinəsinə təpiklə zərbə vurub. Bundan sonra Daşqın başqa bir bibisi oğlu Arzumanla (şərti adla) birləşərək Fidanın qardaşını çoxsaylı yumruq zərbələri ilə döyüblər. pizza sifarişi

Polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində Daşqın və Arzuman saxlanılaraq barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Hər iki təqsirləndirilən şəxs ifadələrində zərərçəkənlə barışdıqlarını və əməllərindən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini xahiş ediblər. Zərərçəkən şəxs də, həmçinin onlara qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Daşqın və Arzuman hər biri 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Onlara, həmçinin gecə saat 23-dən səhər saat 7-dək yaşadıqları evi, cəza müddəti boyunca isə yaşadıqları şəhər və ya rayonu tərk etməmək tapşırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!