Goranboydakı silahlı insidentlə bağlı cinayət işi açıldı   - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Goranboydakı silahlı insidentlə bağlı cinayət işi açıldı - Rəsmi

Kriminal

26 İyun 2021 11:38 979


Ötən gün Goranboyda baş verən silahlı insidentlə bağlı cinayət işi açılıb.

Bu barədə Yenisabah.az-a Goranboy Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, iyunun 25-i saat 16 radələrində Goranboy rayon sakini Məharət İbrahimova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza mizza

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rahib Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Məharət İbrahimovu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rahib Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!