Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub.
“Yeni Sabah” xəbər verir ki, təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.
Fevral ayı ərzində Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə Azərbaycan-Türkiyə birgə sərgi layihəsi kimi təqdim olunacaq. Əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar sərgisi təşkil edir. pizza sifarişi
Ekspozisiyanın əsasını 15 əşya təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palas, kilim, şəddə, zili və s. kimi növlərini görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaq. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Telegram kanalımız