"Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 2-dən Qarabağa və Şərqi Zəngəzura başlayan davamlı səfərləri mühüm məqamlarla tarixə yazıldı. Böyük Qayıdışın yüksək səviyyədə reallaşmasına xidmət edən addımların miqyasının genişliyi hər birimizin qəlbində böyük qürur hissi yaratdı. Qarabağın tac Şuşada aparılan bərpa-quruculuq işləri, yaşanan çal-çağırlı günlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqa müraciətində səsləndirdiyi bu fikirləri yada salır: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Artıq bu gün Şuşa, həqiqətən də dirçəlir...
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı müraciətini Şuşadan etməsinin də rəmzi mənası vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təbrik müraciəti Bakıdan da edilə bilərdi. Pepperoni pizza
YAP Xətai rayon təşkilatının sədri onu da bildirib ki, dövlət başçısı İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşaya səfəri bir daha əlamətdar günləri xalqla birgə keçirmək ənənəsinin davamı oldu. Prezident insanlarla, xalqla yaxın ünsiyyət modelinə üstünlük verir.
YAP Xətai rayon təşkilatının sədri bir mühüm məqamı da xüsusi qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanan zaman ilk olaraq tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət göstərilməsi böyük rəmzi məna daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu işlər milli-mənəvi dəyərlərimizin qorunmasının prioritetliyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.
Telegram kanalımız