“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) iranlı sürücülər üçün Qorus-Qafan dövlətlərarası yolu bağlaması barədə məlumatlar həqiqətə uyğun deyil”.
Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Gorusun vitse-meri Kamo Köçəryan bildirib.
Onun sözlərinə görə, İran yük maşınları MTX-nin keçid məntəqəsində yığılıb və Azərbaycan polislərinə rüsum ödəməyə imkanları olmadığı üçün Qafana getmirlər.
Kamo Köçəryan qeyd edib:
“İranlı sürücülər şirkətlərinin onlara pul göndərməsini gözləyirlər. Bundan sonra rüsumu ödəyib həmin marşrutla hərəkət edəcəklər. MTX nizam-intizamı izləyir, çünki böyük yığım yarandığı üçün 2-3 kilometr uzunluğunda tıxaclar əmələ gəlib".
Erməni rəsmisi bildirib ki, pulu olan iranlı sürücülər ödənişi edib maneəsiz hərəkət edir, pulu olmayanlar isə gözləməyə məcburdur.
"Ermənistana Meğridən daxil olmaq üçün azərbaycanlılar iranlılardan 130 dollar, Gorusdan Meğriyə getmək üçün 250 dollar tələb edirlər",- deyə Goris bələdiyyə sədrinin müavini vurğulayıb.
Telegram kanalımız