“Gorus-Qafan yolu ilə bağlı üçtərəfli danışıqlar gedir” -   Erməni rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Gorus-Qafan yolu ilə bağlı üçtərəfli danışıqlar gedir” - Erməni rəsmisi

Rəsmi

26 Avqust 2021 17:19 5440


Gorus-Qafan yolu ilə bağlı danışıqlar avqustun 26-da saat 15:00 radələrində yenidən başlayıb.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Sünik bölgəsi qubernatorunun müavini Kamo Avanesyan bildirib.

"Səhər danışıqlar oldu, sonra danışıqlar dayandırıldı, günorta hər şey yenidən başladı. Bunlar üçtərəfli danışıqlardır. Müsbət nəticə gözləyirik, məsələnin bu gün həll olunmasını və yolun açıq olmasını istəyirik. Saat 18:00 -a qədər hər şey aydın olacaq".

Xatırladaq ki, Azərbaycan əsgərləri 25 avqust gecə 23:00 -dan etibarən yolu nəzarətə alıblar. Buna səbəb erməni əsgərlərinin hücumu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!