''3 övladım, 5 nəvəm var. Atam 52 yaşında infarkt keçirdi və işləyə bilmədi. Gördüm ki, ata-anama kömək lazımdır. Toyumu da özüm etdim, cehizimi də özüm aldım. Atama, anama yük olmamışam, hər şeyimi özüm etmişəm".
''Yeni Sabah'' xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva Baku TV-yə açıqlamasında deyib.
Qarmon ifaçısı valideynlərə səslənib. O bildirib ki, qıza çox cehiz vermək yaxşı deyil: Dominos pizza
"Güclü qadın olmaq yaxşı deyil. Evdə özünü fəhlə kimi göstərdinsə, ömrünün axırına kimi hambal olacaqsan. Hər şeyi bacardığını göstərsən, bütün yük sənin üzərinə düşəcək. Bu, düzgün deyil.
Qızlara çox cehiz verməsinlər. Qoy özləri çalışıb qazansın, alsınlar və qədrini bilsinlər. Hər şey hazır olanda qiyməti bilinmir. Kişi də düşünür ki, hər şeyim var və marağı çöldə olur. Qoy, birlikdə alsınlar, sonra da qədrini bilsinlər".
Telegram kanalımız