Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Göyçay sakininin evində tiryəkxana AŞKARLANDI
25 İyl 2021 17:35
574

Göyçay sakininin evində tiryəkxana AŞKARLANDI

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs ifşa edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər də məhkum olunmuş Elşən Şəfiyevin evində tiyəkxana təşkil etməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb.

Yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda heroin, psixoprop maddə metamfetamin (“patı”) və metadon həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər