Göyçayda böyük ifşa: marixuana, heroin, tiryək və silah bir yerdə

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda böyük ifşa: marixuana, heroin, tiryək və silah bir yerdə

Kriminal

22 Yanvar 2026 16:16 550


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb. Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!