Xəbər verdiyimiz kimi, üç gün öncə üç övladı ilə birlikdə itkin düşən Əfsanə İsayeva tapılıb. 27 yaşlı qadın Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə gələrək əri Səxavət İsayevin onu qırmancla, şallaqla döydüyünü, işgəncələr verdiyini bildirib və ondan boşanmaq istəyib.
Əri S.İsayev canlı efirə gələrək Əfsanənin dediklərini təsdiq edib.
Yenisabah.az xəbər verir ki, verilişin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım edərək Əfsanə kimi cəsarətli olmadığını etiraf edib: pizza
“Dünən ilk dəfə az qala qul kimi çalışdırılan, bəzən döyülən, haqsızlığa uğrayan və bütün bunlara illərlə dözən bir qadının üsyanı ilə qarşılaşdım. Və qorxdum... Bu illər ərzində çox haqsızlığa uğrayan biri kimi deyə bilərəm, mən Əfsanə qədər cəsarətli olmadım, etiraf edirəm. Haqsızlığa uğradıqca göz yaşlarım və sonsuz səbrimlə dayandım. Əfsanədən sonra isə sizə məsləhətim qarşınızdakına qul kimi davranmağın, sevgi, sayğı, əməyinə qiymət vermək, haqqını tanımaq... Bunları etmədinsə, ilk fürsətdə qul kimi gördüyün insan səni əzəcək... Dünən Əfsanə Səxavəti verdiyi zülmlərə görə bağışlamadı. Haqlıdırmı? Barışmalıdırmı, yoxsa?”
Telegram kanalımız