Gözdən əlil ananın tək övladının meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Gözdən əlil ananın tək övladının meyiti tapıldı

Hadisə

19 İyul 2026 21:16 225


İyulun 12-də Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan, 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun meyiti tapılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları uğurla başa çatdırıblar. Yeniyetmənin meyiti batdığı yerdən təxminən 15 km aralıda, kanalın Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. pizza sifarişi

Xatırladaq ki, Fərid Osmanovun anası gözdən əlil idi və o, övladını dünyaya gəldiyi gündən görmək imkanından məhrum olmuşdu. F.Osmanov ailənin tək övladı idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!