“Gözümü açdım ki, insanlar yanaraq çölə qaçır“   - Partlayışda olan müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Gözümü açdım ki, insanlar yanaraq çölə qaçır“ - Partlayışda olan müğənni

Şou

06 Aprel 2022 13:23 496


Aprelin 3-də baş verən partlayış zamanı "Location" klubda olan müğənni Nicat Məhərrəmov "Bizimləsən" proqramında qonaq olub.

Yenisabah.az xəbər verir ki, sənətçi partlayış baş verən anda yaşadıqlarını danışıb. O bildirib ki, beş dost həmin vaxt klubda olublar:

"Partlayış klubun orta hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın aıtındayam. Baxdım ki, ortada heç kim yoxdur. Hətta insanlar yana-yana qaçırdılar, gözümlə gördüm. Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdən çıxmışam, görən şok olur. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var". pizza hut

Qeyd edək ki, "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.\Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!