Əməkdar artist Aybəniz Haşimovanın bloger qızı Aynişan Quliyeva “İnstagram”a qayıdıb.
Yenisabah.az xəbər verir ki, o, bir neçə gün əvvəl bir müddətlik fəaliyyətini dayandıran Aynişan getməyinin səbəbini açıqlayıb.
O, virusa yoluxduğunu və bunu adi qripdən daha ağır keçirdiyini etiraf edib. Marqarita pizza
Bloger bu müddət ərzində ona baxan anasına və həkimlərinə təşəkkür edib:
“Mən qayıtdım. Bir az xəstə idim. Əslində, bir az yox, çox xəstə idim. Ümumiyyətlə, danışa bilmirdim, düşündüm ki. bu neqativ halımla sizinlə heç nə paylaşmayım. Çünki bu enerjisini sizə də ötürə bilərəm. Ona görə də, ən yaxşı yol ümumiyyətlə, heç nə paylaşmamaqdır və sadəcə sağalmaqdır.
İndi demək olar ki, 80 faiz sağalmışam. Bu dönəmdə mənə kömək olan bir neçə insan var və onlara təşəkkür etmək istəyirəm.
Xəstəxanaya getdim, ətraflı müayinə olunduş Vəziyyət o qədər pis idi ki, mən artıq başqa bir şey olduğunu düşünürdüm. Bu dönəmdə anam mənə elə gözəl baxdı ki, əvvəlkindən də yaxşı oldum.
Çalışın, xəstələnməyin. Çox qəribə xəstəlikdir, düşünürsən ki, sağalırsan, amma bir anda hər şey yenidən başlayır”.
Telegram kanalımız